Abituriyentlərin əksəriyyəti 300-500 bal arası nəticə göstəriblər – TQDK
Bizi izləyin

Qırmızı.az

Abituriyentlərin əksəriyyəti 300-500 bal arası nəticə göstəriblər – TQDK

“Bu il qəbul imtahanı verən məzunların 26,21 faizi 0-100; 18,97 faizi 100-200; 18,28 faiz 200-300; 24,91 faiz 300-500; 11,63 faiz 500-dən yuxarı və 3,91 faiz 600-dən yuxarı bal toplayıb”.

Publika.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirilən brifinqdə deyib.

Daha geniş, müqayisəli təhlillərin yaxın vaxtlarda ictimaiyyətə çatdırılacağını deyən TQDK rəsmisinin sözlərinə görə, ilkin statistik məlumatlara əsasən 200-300 bal arasında nəticə göstərərək tələbə adı qazanmış şəxslər 30 faiz, 300-500 bal arasında 47,14 faiz, 500-700 bal arasında nəticə göstərərək tələbə adını qazanan şəxslər 22,08 faizdir. 7,5 faiz isə 600-dən yuxarı nəticə ilə ali məktəblərə qəbul olunanlardır.

E. Nağızadənin sözlərinə görə, bu il qəbul imtahanlarında dövlət və özəl ali təhsil müəssisələri üçün ayrılmış plan yerlərinin 83,12 faiz dolub, 6555 yer isə vakant qalıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm