• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ölkənin baş onkoloqu Nərmindən danışdı

Ölkənin baş onkoloqu Nərmindən danışdı

Ölkənin baş onkoloqu Azad Kərimli ötən gün dünyasını dəyişən Nərmin Hüseynlinin ölümü ilə bağlı son günlər geniş müzakirəyə səbəb olan məsələyə aydınlıq gətirib.

A. Kərimli Movqe.az-a açıqlamasında N.Hüseynlinin ölümünə görə, bütövlükdə Azərbaycan səhiyyəsinin günahkar hesab edilməsinin doğru olmadığını söyləyib: "Nərmin Hüseynli ilə bağlı xəbərləri mən də mətbuat vasitəsilə eşitmişəm. Mən onun xəstəlik tarixçəsi ilə tanış deyiləm.

Amma eşitdiyimə görə, Nərmin Hüseynliyə ilkin diaqnoz səhv qoyulub. Əslində o, xərçəngdən əziyyət çəkirmiş. Əlbəttə gənc bir qızın vaxtsız ölümü təəssüf doğurucu haldır.

Onda xəstəlik çox aqressiv formada gedib.

Amma bu o demək deyil ki, xərçəng xəstəliyinin Azərbaycanda müalicəsi mümkün deyil. Bizdə müalicə olunan xəstələr var ki, 25-30 il yaşayırlar. Onlar əməliyyatdan sonra mütəmadi həkim nəzarəti altında olurlar.

Azərbaycanda bu xəstəliyin radioloji terapiyası mümkündür. Yəni xərçəng xəstəliyinin xəstə vaxtında müraciət edərsə müalicəsi Azərbaycanda mümkündür.

Gənc qızın ölümünə görə Azərbaycan səhiyyəsini suçlayanlara demək istəyirəm ki, bizim səhiyyəmiz təkçə bir xəstəxanadan ibarət deyil.

Azərbaycanda tibb sahəsində yüksək peşəkarlıq səviyyəsi olan həkim kontingenti var".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR