• USD 1,7867 0,00% EUR 1,8959 -0,06%
    • GBP 2,1495 -1,14% RUB 0,0300 -0,33%

TQDK ixtisas seçiminə başladı

TQDK ixtisas seçiminə başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən avqustun 19-dək tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə internet vasitəsilə ixtisas seçimi elan edir.

Publika.az TQDK-ya istinadən xəbər verir ki, ixtisas seçim cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR