Qarabağ həqiqətləri Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
Bizi izləyin

Qırmızı.az

Qarabağ həqiqətləri Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

Mədəniyyət və Turizm Nazirliyi XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq.

Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, 02-06 sentyabr tarixində keçiriləcək XXVIII Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq. Sərgi çərçivəsində beynəlxalq "Kitab Sənəti" müsabiqəsində qalib gəlmiş Azərbaycan kitablarının mükafatlandırma mərasimində iştirakı planlaşdırılır.

Qeyd edək ki, Moskva Kitab Sərgi-Yarmarkası nəşriyyat və informasiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, Azərbaycanın zəngin mədəniyyətinin və sürətli inkişafının, Qarabağ həqiqətlərinin təbliğ olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm