Ölənlərin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

Ölənlərin sayı azalıb

Bu ilin yanvar-iyun ayları ərzində qeydiyyat orqanları tərəfindən 28,1 min ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Publika.az-a daxil olan məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,1-dən 5,9-a qədər azalıb.

Yanvar ayından başlayaraq iyun ayının sonunadək ölkədə 38,6 min nikah və 6,4 min boşanma halları qeydə alınıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,2, boşanmaların sayı isə 1,3 təşkil edib.

Cari ilin birinci yarısında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1345 nəfər gələn və 437 nəfər ölkədən gedən qeydə alınıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm