Qırmızı.az
Metrodakı ticarət obyektlərinin sökülməsi sahibkarlıq mühitini təhlükə altına alacaq
"Azərbaycanda kiçik sahibkarlığın inkişaf etdirilməsi əvəzinə, iri sahibkarlığa daha çox önəm verilir. Əslində xarici dövlətlər hər zaman kiçik sahibkarlığın inkişafı istiqamətində işlər görülür”.
Bu sözləri Publika.Az - a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev Bakı metropolitenində ticarət obyektlərinin sökülməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu yanaşma yeni sahibkarlıq subyektlərinin yaranmasına və monopoliyanın, inhisarçılığın qarşısının alınmasına səbəb olur.
“Bu gün metropolitendə olan ticarət köşklərində 3 minə yaxın xırda sahibkar fəaliyyət göstərir. Onların böyük əksəriyyəti isə, öz bizneslərinin inkişafı və ya digər səbəblərdən banklardan kreditlər götürüblər. Onların bizneslərinin əllərindən alınması Azərbaycanda sahibkarlıq mühitini təhlükə altına salacaq. Nəticədə istər yerli, istərsə də xarici investitorlarda bu ölkədəki sahibkarlıq mühitinin təhlükəli vəziyyətdə olması ilə bağlı rəylər formalaşacaq”.
Ekspertin fikrincə, bu həm də ölkədə işsizliyin səviyyəsinin artmasına səbəb olacaq, bu ölkə iqtisadiyyatı üçün də çox pis nəticələr verəcək. İşsizliyin kifayət qədər yüksək olduğu bir vaxtda yeni işsizlərin meydana çıxması ölkə iqtisadiyyatına ancaq mənfi təsir edəcək. Metropolitendəki ticarət obyektlərinin bağlanması ölkədəki işsizliyin səviyyəsini daha da artıracaq:
“Bir müddət əvvəl həmin ticarət obyektləri təmir edildi. Köşklərin də pulları həmin sahibkarlardan alınıbsa, bu artıq onların nəyinki sahibkarlıq hüquqlarının pozulmasına eyni zamanda vətəndaş hüquqlarının da kobud şəkildə pozulmasına səbəb olur. Bununla bərabər unutmaq olmaz ki, metropoliten nəqliyyat növü kimi vətəndaşların ən çox üstünlük verdiyi xidmətdir. Və burada sərnişinlərin rahat hərəkəti və dolayısı ilə mənzil başına müxtəlif maneələr olmadan çatması üçün bu köşklərin yığışdırılması vacib idi”.
Xatırladaq ki, ötən gün metropolitenin bir neçə stansiyasında ticarət obyektlərinin fəaliyyəti dayandırılıb, obyekt sahiblərinin etirazı nəticəsində onlara bir həftə vaxt verilib. Metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.
Publika.Az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK