Astarada qanvermə aksiyası keçirilir - Səhiyyə Nazirliyi
Bizi izləyin

Qırmızı.az

Astarada qanvermə aksiyası keçirilir - Səhiyyə Nazirliyi

Bu gün Astara şəhərində qanvermə aksiyası keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında aksiyalar keçirilib və ümumilikdə 360 nəfər iştirak edib. Şabran rayonunda keçirilmiş aksiyada 46 nəfər, İmişlidə 58 nəfər, Sabirabadda 133 nəfər, Şirvanda 83 nəfər, Ucarda 40 nəfər qan verib.

Qeyd edək ki, qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm