Kabel televiziyaları qiymətləri qaldırdı
Bizi izləyin

Qırmızı.az

Kabel televiziyaları qiymətləri qaldırdı

Azərbaycanın kabel televiziya operatorları sentyabrın 1-dən baza paketə vahid tarif – aylıq 10 manat - tətbiq edir. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, bu yenilik kabel operatorlarının xarici TV-kontent tədarükçüləri ilə qarşılıqlı hesabatlarını dollarda aparması ilə əlaqədardır: “Kabel operatorlarının tarifləri 2006-cı ildən dəyişməyib. Operatorlar tərəfindən baza televiziya paketinə vahid tarifin tətbiq edilməsi məsələsinə çoxdan baxılırdı. Bu son dərəcə iqtisadi addımdır. Belə ki, kabel operatorları xarici kontenti, həmçinin lazımi texniki avadanlığı dollarla alır”.

Baza TV-paketin qiymətinin artması ilə bağlı məlumatı “B&BTV Communications”, “ATV Plus”, “Smart TV Plus”, “KATV1”, “AileTV” və “Connect” şirkətləri təsdiqləyib.

Baza TV-paketin hansı dəyişikliklərə məruz qalması məsələsinə gəldikdə isə, hər operatorda bu fərqli olacaq. Məsələn, “KATV1” müəyyən kanallara dil dəstəyini tətbiq edəcək. Belə ki, bu kanalları ingilis, rus, türk və ispan dillərində izləmək imkanı olacaq. “AileTV” abunəçiləri də eyni imtiyazı qazanacaq.

Bundan başqa, “AileTV”-nin baza paketi 70 faiz dəyişikliyə uğrayacaq. Şirkət hazırda “Aile+” paketindəki ən populyar televiziya kanallarını baza paketə daxil etmək niyyətindədir. Sentyabrın 1-dən “ATV Plus”, “B&BTV Communications, Connect” operatorlarının baza paketlərində kanalların sayı artırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm