Nazirlik elektron şəxsiyyət vəsiqəsi alanların sayını açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazirlik elektron şəxsiyyət vəsiqəsi alanların sayını açıqladı

Elektron şəxsiyyət vəsiqələrinin iyul ayındakı istifadə sayı bəlli olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Məlumat Hesablama Mərkəzinin açıqladığı statistikaya əsasən, ötən ay əhali “Elektron hökumət” portalında olan “Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış” xidmətindən 1738 dəfə yararlanıb.

Hər kəs portala daxil olaraq “Elektron arayışlar” bölməsində adıçəkilən xidməti seçməklə şəxsiyyət vəsiqəsinin elektron versiyasını əldə edə bilir.

Sənədi çap etmək, eləcə də elektron nüsxəni istənilən şəxsə e-poçt vasitəsi ilə göndərmək mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm