Bu gün Daxili Qoşunlar günüdür
Bizi izləyin

Qırmızı.az

Bu gün Daxili Qoşunlar günüdür

Bu gün Daxili Qoşunlar günüdür

12 Mart – Azərbaycanda Daxili Qoşunlar günü kimi qeyd olunur.

Bu gün 23-cü ili qeyd olunan qurum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində struktur kimi formalaşıb və 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılıb.

Daxili Qoşunların əskərləri Ermənistanın Azərbaycana hərbi təcavüzünə qarşı 1992-ci il martın 12-də reallaşan ilk döyüşdə iştirak edib.

Ümumiyyətlə, birinci Qarabağ savaşında Daxili Qoşunların şəxsi heyətindən 496 nəfər şəhid olub, 268 nəfər itkin düşüb və 1166 nəfər yaralanıb.

Daxili Qoşunların funksiyaları, vəzifələri, fəaliyyətinin əsas prinsipləri “Daxili Qoşunların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilib.

Türkiyə, Çin, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.

Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli Fərmanı ilə hər il martın 12-si Azərbaycanda Daxili Qoşunlar günü kimi qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm