Arvadının intim videosunu TV-yə verən kişi Ağcabədini ayağa qaldırdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Arvadının intim videosunu TV-yə verən kişi Ağcabədini ayağa qaldırdı - VİDEO

Arvadının intim videosunu ATV-yə verən kişi Ağcabədini ayağa qaldırdı - VİDEO


ATV telekanalında yayımlanan “Ümid var” verilişi Ağcəbədi rayonunda aksiyaya səbəb olub.

AZXEBER.COM xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcəbədidən olan kişi yardım istəyib.

Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o “Ümid var” verilişindən ona kömək etmələrini istəyib.

Veriliş zamanı studiyada əyləşən ekspertlər həyat yoldaşını aldadan qadını sərt tənqid edərək, onun “sevgilisi”nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər.

Aparıcı Zaur Baxşəliyev da qadını sərt tənqid edib.

Bu gün isə Ağcəbədidə bir qrup şəxs bu görüntülərin efirə verilməsinə və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər.

Efirdə yayımlananlara etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcəbədilərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinə etiraz ediblər. İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.


Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm