Rayon qeydiyyatında olanların işi ASANlaşacaq
Bizi izləyin

Qırmızı.az

Rayon qeydiyyatında olanların işi ASANlaşacaq

Regionlarda qeydiyyatda olan vətəndaşlar Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərində qeydiyyat məhdudiyyəti tələb olunmayan xidmətlərdən istifadə edə bilərlər.

Bunu Publika.az-a “ASAN xidmət”dən məlumat veriblər.

Xidmətlərin siyahısına sürücülük vəsiqəsinin dəyişdirilməsi, nikahın qeydə alınması, etibarnamələrin və razılıq ərizələrinin verilməsi, məhkumluq barədə arayışların verilməsi və s. daxildir.

“ASAN”dan onu da bildiriblər ki, gələcəkdə digər rayon və şəhərlərdə qeydiyyatda olan vətəndaşların qeydiyyat ünvanından asılı olmayaraq "ASAN xidmət" mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadə imkanının təmin edilməsi nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm