Nəfəs kəsən istilər qayıdır
Bizi izləyin

Qırmızı.az

Nəfəs kəsən istilər qayıdır

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu kəskin artacaq. Hətta 41 dərəcəyədək yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, avqustun 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşam doğru buludluluq artacaq. Cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcə isti olacaq, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm