16 mindən çox şəxsə iş verilib - DMX
Bizi izləyin

Qırmızı.az

16 mindən çox şəxsə iş verilib - DMX

Bu il 16 min 138 nəfər işsiz və işaxtaran vətəndaş işlə təmin edilib.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən (DMX) məlumat verilib.

Onlardan sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 445 nəfəri kvota üzrə müəyyən edilmiş iş yerləri ilə təmin olunublar. Bu dövrdə DMX tərəfindən 1903 nəfər şəxs dərzi, kompüter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dülgər, qənnadçı, mebel quraşdırıcısı və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Həmin şəxslərin 1159 nəfəri Xidmətin Bakı, Naxçıvan və Göyçay şəhərlərində fəaliyyət göstərən Regional Peşə Tədris Mərkəzlərində, digərləri ayrı-ayrı müvafiq tədris bazalarında peşə təlimi keçib.

Xidmətin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb etdiyi şəxslərdən 200 nəfərə yaxını əlilliyi olan insanlardan, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərdən, internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərdən ibarət olub.

Qeyd olunanlarla yanaşı, yanvar-iyul aylarında DMX tərəfindən 760 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 60860 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümlü məsləhətlər verilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm