• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək olacaq - RƏSMİ

Azərbaycandan Türkiyəyə qatarla bir günə getmək olacaq - RƏSMİ

Bakı-Tiflis-Qars dəmiryol xətti ilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.

Bunu Trend-ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub.

Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şəraitin qurulacağını deyən N.Əzməmmədov qeyd edib ki, vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək: “Qatarlar bir mərtəbəli olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "wi fi" sistemi ilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər. Amma bir müddət sonra isə yəqin ki, sərnişinlər mənzil başına bundan daha tez gedib çıxa biləcəklər”.

N.Əzməmmədov gediş haqqı qiymətlərinin Türkiyə və Gürcüstanla razılaşdırılacağını qeyd edib.

QSC rəsmisi həmçinin qeyd edib ki, bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars kəməri ilə artıq yüklərin də daşınmasına başlanılacaq. Onun sözlərinə görə, bu istiqamətdə son tamamlama işləri aparılır: “2015-ci ilin sonları bizim ilk qatarlarımız Türkiyə sərhədinə gedib çıxacaq. Bizim standartlar Avropadakından fərqli olduğu üçün Axalkalakidə arabacıqların dəyişdirilməsi stansiyası tikilir. Həmçinin yeni körpünün inşası da aparılır. İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır”.

Qeyd edək ki, BTQ dəmiryol xətti layihəsi 68 km-i Türkiyə ərazisindən, 30 km-i Gürcüstan ərazisindən, həmçinin Gürcüstanda Tbilisi-Axalkalakidə 183 km sahənin rekonstruksiyası daxil olmaqla 98 km uzunluqda Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR