Bu qurumun əməkdaşlarına güzəştli ipoteka veriləcək
Bizi izləyin

Qırmızı.az

Bu qurumun əməkdaşlarına güzəştli ipoteka veriləcək

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına güzəştli ipoteka veriləcək.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı, general-polkovnik Elçin Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.

Şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırıldığını deyən DSX sədrinin sözlərinə görə, dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilib, 342 xidməti mənzil istifadəyə verilib.

“Prezident İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılıb və bu il inşaat işləri başa çatdırılıb. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarına verilməsi nəzərdə tutulub”, - deyə E. Quliyev bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm