ALİSA Milli Kitabxanada
Bizi izləyin

Qırmızı.az

ALİSA Milli Kitabxanada

Regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin tapşırığına əsasən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük treninqlər təşkil olunub.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, treninq sayca dördüncüdür. Qax, İmişli, Zərdab, Ağcabədi, Bərdə və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri bu treninqdə həm ALİSA proqramında işləmək üçün MARC 21 formatını öyrənəcək, həm də proqramda iş vərdişlərini mənimsəyəcəklər.

Milli Kitabxananın direktoru Kərim Tahirov treninqin kitabxananın və “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən iş prosesləri ilə yaxından tanış olacaq, yeni iş üsulları, yeni xidmət növlərini əyani izləyəcəklər. Sonda müdavimlər sertifikatla təmin olunacaqlar.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm