Qırmızı.az
İş axtaranlara xoş xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) avqustun 20-də Oğuz rayonunda (Oğuz rayon Məşğulluq Mərkəzinin inzibati binası), avqustun 21-də isə Hacıqabul rayonunda (Hacıqabul rayon Mədəniyyət Evi) Əmək yarmarkaları təşkil edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində həmin rayonlardakı müəssisələrdən boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır.
İlkin məlumata əsasən, Oğuz rayonunda 30 müəssisə üzrə 180, Hacıqabul rayonunda isə 33 müəssisə üzrə 130-dan çox boş iş yerinin işsiz və işaxtaran vətəndaşlara təqdim edilməsi nəzərdə tutulur. Tədbirlər zamanı peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.
Cari ilin ötən dövründə Xidmət tərəfindən respublikamızın 19 rayonunda keçirilən Əmək yarmarkalarında ümumilikdə 1330 nəfərə boş iş yerlərinə göndəriş verilib, 120 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 31 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.
Gülnar Əliyeva
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO