• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Vidadi Babanlının ayağı sındı

Vidadi Babanlının ayağı sındı

Yazıçı Vidadi Babanlının ayağı sınıb.

Bu barədə yazıçının özü məlumat verib. V. Babanlı hazırda yataq şəraitində müalicə aldığını bildirib: “Zaqatalaya istirahətə gəlmişdim, yıxılıb ayağımı sındırdım. İndi yataqdayam, gecələr möhkəm ağrılarım olur. Belə görürəm ki, sınığın bitişməyi uzun çəkəcək”.

V. Babanlı əlavə edib ki, müalicəsi hazırda ev şəraitində davam edir: “Hər şey həkimlərin məsləhətindən asılıdır. Bakıya getməyim hələlik mümkün deyil. Gərək tam sağalam ki, ayağa durmağım mümkün olsun, yoxsa fəsadı çox olar”.

Xatırladaq ki, nasir, şair, tərcüməçi, Azərbaycanın əməkdar incəsənət xadimi və Prezident təqaüdçüsü olan Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı (indiki Muğanlı) kəndində müəllim ailəsində doğulub. 1954-cü ildən roman, povest, hekayə, oçerk, publisistik məqalələr, kinossenarilər yazıb. Ən məşhur əsərlərindən biri “Vicdan susanda” romanıdır. (APA)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR