Ziya Məmmədovdan yeni təyinat
Bizi izləyin

Qırmızı.az

Ziya Məmmədovdan yeni təyinat

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni baş direktor təyin olunub.

Bu barədə Publika.az-a mərkəzin mətbuat xidmətindən məlumat verilib.

“NİİM-ə yeni təyin olunan baş direktor Rüfət İmanovdur. Onun təyinatı ilə bağlı Nəqliyyat naziri Ziya Məmmədov avqustun 17-də əmr imzalayıb. Rüfət İmanov əmr imzalanan gündən işə çıxır”, - məlumatda bildirilir.

Qeyd edək ki, daha öncə Z.Məmmədov NİİM-in keçmiş baş direktoru Elnur Abdullayevi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin etmişdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm