• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Azərbaycan Dəmir Yolları sentyabrın 15-nə hazırlaşır

Azərbaycan Dəmir Yolları sentyabrın 15-nə hazırlaşır

Azərbaycana daha bir ikimərtəbəli elektrik qatarı gətirilib.

Bu barədə Publika.az “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Məlumatda bildirilib, sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir. Bu, artıq ölkəmizə gətirilən sayca üçüncü qatardır.

Qeyd edək ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş KİSS markalı elektrik qatarının birincisi mayın 30-da, ikincisi isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib.

İlin sonuna kimi daha iki elektrik qatarı ölkəmizə gətiriləcək. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR