Bakıda küçə istifadəyə verildi – FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda küçə istifadəyə verildi – FOTO

Paytaxtın iki böyük prospektini, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, uzun müddət idi ki, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1070, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burda yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildi və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşındı. Ümumilikdə küçənin 19500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa, Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Bura təqribən 2200 paqon-metr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq, vaxtında yekunlaşdırılıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm