Qırmızı.az
Nazir cəbhədə - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
Bütün cəbhəboyu ərazilərdə tikintiləri icra edən heyətlə görüşən Müdafiə naziri görülən işlərin keyfiyyətinə ciddi nəzarətin olunması, şəxsi heyət üçün nəzərdə tutulan tam infrastrukturla təmin ediləcək müasir tipli hərbi şəhərciklərdə inşaat işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, eləcə də hərbi qulluqçularla birlikdə nahar edib.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi