Müdafiə naziri səfiri qəbul etdi
Bizi izləyin

Qırmızı.az

Müdafiə naziri səfiri qəbul etdi

Müdafiə naziri Küveyt səfiri ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, avqustun 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan Respublikası ilə Küveyt Dövlətinin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlağın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm