Almaniya ilə əməkdaşlıq sazişi təsdiq edildi
Bizi izləyin

Qırmızı.az

Almaniya ilə əməkdaşlıq sazişi təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Sazişin (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilməsi barədə və 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq edib.

Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” 2013-cü il noyabrın 28-də Bakı şəhərində imzalanmış Saziş (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq edilsin"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm