Nazirlik 345 nəfəri kurslara cəlb edib
Bizi izləyin

Qırmızı.az

Nazirlik 345 nəfəri kurslara cəlb edib

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, onlardan 213 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclər burada eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Qalan 132 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar. Həmin insanlardan 48 nəfərini gözdən əlil şəxslər təşkil edib.

Kursları bitirən əlilliyi olan şəxslərə bu barədə müvafiq sertifikatlar verilir və yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər görülür. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında DMX tərəfindən ümumilikdə 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm