Kürün suyu azalıb
Bizi izləyin

Qırmızı.az

Kürün suyu azalıb

Avqustun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 60 m3/s olmaqla ongünlük normanın 49 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Avqustun 21-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 14,5 m3/s olmaqla ongünlük normanın 21 faizini təşkil edir. Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində, Salyanda və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb, Surrada 1 sm, Bankədə isə 22 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2014-cü il avqustun 21-də 301 sm), Şirvanda 177 sm (2014-cü il avqustun 21-də 133 sm), Salyanda 110 sm (2014-cü il avqustun 21-də 65 sm), Bankədə 197 sm (2014-cü il avqustun 21-də 192 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2014-cü il avqustun 21-də 16 sm) təşkil edir.

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-80 faizini təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm