Ucarda 2 minik maşını toqquşdu: 5 nəfər xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Ucarda 2 minik maşını toqquşdu: 5 nəfər xəsarət alıb

Ucar rayonunda iki minik maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Ucar rayonunda iki minik maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisindən verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində baş verib. Belə ki, “Nissan Navara” markalı avtomobillə “VAZ-21015” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “VAZ-21015”in sürücüsü, 45 yaşlı Siyəzən rayon sakini Həsənov Cəlil Uğurlu oğlu, 28 yaşlı İmişli rayon sakini Şirinov Anar Davud oğlu, 43 yaşlı İmişli rayon sakini Məmmədova Xuraman Çoban qızı, 38 yaşlı Sumqayıt şəhər sakini Həsənova Dürdanə Uğur qızı və 38 yaşlı Sumqayıt şəhər sakini Pənahova Zahidə Şəmsəddin qızı müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm