• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Lerikdə meşə yanğınlarına qarşı təlim keçirildi - FOTOLAR

Lerikdə meşə yanğınlarına qarşı təlim keçirildi - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dağlıq ərazilərdə meşə yanğınlarının qarşısının alınması məqsədilə növbəti təlim keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi dağlıq ərazilərdə meşə yanğınlarının qarşısının alınması, onlarla mübarizə üsullarının təkmilləşdirilməsi və yeni metodların mənimsənilməsi məqsədilə Lerik rayonunun Vizəzəmin meşəbəyliyində növbəti təlim keçirib.

Təlim-məşqdə Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisələri ilə yanaşı Hirkan Milli Parkının və Qızılağac Dövlət Təbiət Qoruğunun bu sahə üzrə məsul əməkdaşları da iştirak edib.

Təlimlər zamanı mərkəzin mütəxəssisləri tərəfindən yüksək dağlıq ərazilərdə baş verə biləcək meşə yanğınlarının söndürülməsində istifadə olunan zəruri texnika, avadanlıq və ləvazimatların istifadə qaydaları, o cümlədən meşə yanğınlarının söndürülməsi üsulu öyrədilib. Məşqlərdə iştirak edən işçi heyətinə mərkəzə məxsus xüsusi təyinatlı yanğınsöndürən avtomaşın və motopompalar vasitəsilə suyun daha uzaq məsafələrə vurulması ilə bağlı bilgilər verilib. Eyni zamanda yanğının geniş ərazilərə yayılmasının qarşısının alınması, qüvvə və vasitələrin dərhal yanğın baş vermiş əraziyə cəlbi və sistemli şəkildə idarə edilməsi əyani olaraq nümayiş etdirilib.

Mövsümə uyğun olaraq belə təlim-məşqlərin mütəmadi təşkil edilməsi meşələrdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarətin gücləndirilməsinə, baş verə biləcək fövqəladə ekoloji hadisələrin qarşısının alınmasına, meşə yanğınları ilə mübarizə formalarının təkmilləşdirilməsinə yönəlib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR