Qırmızı.az
22 il əvvəl itirdiyimiz iki rayon - FOTOLAR
Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 22 il ötür. Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib.
Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb
hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də
erməni işğalı altındadır. 1994-cü ilin yanvarında rayonun 22
yaşayış məntəqəsi işğaldan azad olunub. Hazırda ərazidə 54 min
nəfər məcburi köçkün məskunlaşıb. Ümumilikdə rayonun 30 min kvadrat
km ərazisi işğaldan azad olunub. Hazırda Füzuli şəhəri və 78 kəndin
58-i erməni işğalı altındadır.
Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və
məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib.
Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 1988-ci ildən
başlayan erməni təcavüzünə qarşı mübarizədə minlərlə füzulili
döyüşüb, yüzlərlə rayon sakini şəhid olub, yaralanıb, itkin düşüb.
Füzuli rayonu müharibədə 1100-dən çox şəhid verib, 1450 rayon
sakini əlil olub.
Erməni işğalı altında olan Füzuli rayonu təbii sərvətlər baxımından
çox zəngindir. Rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr
olan və mişar daşı istehsalına yararlı istismar olunan 2
(Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına
yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil,
ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı
yataqları var.
Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq
çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər
mühafizə olunub.
1960-80-ci illərdə Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində
hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, tabaşir və
yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların
məcraaltı sularının ehtiyatı 193 min m3/gün həcmində
hesablanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan
ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri
müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı
dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən
dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
1. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində
ağaclar bütünlüklə qırılıb.
2. Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv
edilib.
3. Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük
yaşıllıqlar tamamilə qırılıb.
4. 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq
ərazisi ermənilər tərəfindən yandırılıb.
Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğalından da 22 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180
nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını
dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar
içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb,
6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayılın Ermənistan Silahlı
Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8
xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət
ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid
ailəsi var. Cəbrayıldan olan 61100 məcburi köçkün 58 rayonda, daha
çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında
məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl
rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş
ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434
min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296
min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil,
ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı
Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan
Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına
yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan
Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi
yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları
var.
Rayonda yaşı 200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı və
digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı”
adlanan mağara təbiət abidəsi kimi qorunurdu.
Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi
memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük
ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə
seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə
zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv
edilib.
2006-2007-ci illər ərzində erməni işğalçıları tərəfindən rayonun 16
min hektardan artıq ərazisində yanğınlar törədilib.
Foto: Zülfüqar Xeyirxəbər
P.S. Fotolar 2014-cü ildə Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş və hazırda neytral ərazidə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində çəkilib.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO