Sürüşmə zonalarında aktivlik artıb - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Sürüşmə zonalarında aktivlik artıb - XƏBƏRDARLIQ

“Son günlər ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraiti sürüşmə zonalarında aktivliyə səbəb ola bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, artıq bəzi bölgələrdə vətəndaşlar tərəfindən sürüşmə zonalarında aktivliklə bağlı nazirliyə müraciətlər daxil olub: “Hazırda əməkdaşlarımız sürüşmə sahələrindəki vəziyyəti öyrənmək üçün monitorinqlər aparır. Monitorinqlər davam etdiyindən konkret hansı ərazilərdə aktivliyin müşahidə olunduğunu deyə bilmirik. Lakin daim aktiv olan bölgələr - Muğanlı-İsmayıllı yolu, İsmayıllıda Xankəndi kəndinin yaxınlığı, Zığda aktivləşmə müşahidə olunması qaçılmazdır. Bölgələrdə yağan yağışlardan sonra aktivləşmə olmalıdır. Əvvəldən müvazinətini itirmiş sahələrdə sürüşmə sahələrinin artması, çatların genişlənməsini istisna etmirik”.

Ə.Piriyev sürüşmə zonalarının aktivləşməsi ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib: “Aktiv sürüşmə zonalarında yaşayan əhali tikinti işləri apararkən mütləq Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliyindən razılıq almalıdır. Bununla bağlı Nazirlər Kabinetinin də xüsusi qərarı var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm