Avtobusların dayanacağı yerlər xətlənir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Avtobusların dayanacağı yerlər xətlənir - FOTOLAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli Protokoluna əsasən Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlərin icrasına başlanılıb.

ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirlər planına əsasən Bakı şəhəri prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır.

Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə analoji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm