• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Beşdən çox uşağı olan 3077 qadına sosial müavinət ödənilir - ƏƏSMN

Beşdən çox uşağı olan 3077 qadına sosial müavinət ödənilir - ƏƏSMN

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizdə beşdən çox uşağı olan 3077 nəfər qadının 18 yaşına çatmamış 8810 nəfər uşağına aylıq sosial müavinət ödənilir.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla yanaşı, 3 və daha çox uşağı olan qadınlara uşağın 8 yaşınadək, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş qadınlar 57 yaşına çatdıqda onlara aylıq sosial müavinət təyin olunur. Ölkəmizdə 7612 nəfər qadın bu növ sosial müavinətlə təmin edilir.

Ümumilikdə, cari ilin 1 iyul tarixinə ƏƏSMN tərəfindən aylıq və birdəfəlik sosial müavinətlə təmin olunanların sayı 402075 nəfər təşkil edib ki, onlardan 85,7 faizi aylıq sosial müavinət alanlar olub. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın artırılması məqsədilə ƏƏSMN tərəfindən sosial müavinət və təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, prezidentin “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, ötən ilin əvvəlindən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunaraq ödənilir.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR