Piyada keçidlərimiz belə olacaq - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Piyada keçidlərimiz belə olacaq - FOTOLAR

Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağından “Hava limanı” qovşağınadək olan hissəsində yerləşən yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri aparılır.

“Azəryolservis” ASC-dən Publika.az-a verilən məlumata görə, bu yolda yerləşən 6 yerüstü piyada keçidinin köhnəlmiş üzlükləri sökülərək yeniləri ilə əvəzlənib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yerüstü piyada keçidlərinin yenilənməsi istiqamətində aparılan işlərin 90 faizi görülüb. Hazırda keçidlərdə pəncərələrin qoyulması işləri aparılır. Təmir işləri zamanı keçidlərin işıqlandırma sistemi də tam olaraq yenilənir.

İşlərin yaxın günlərdə yekunlaşdırılması planlaşdırılır. Yerüstü piyada keçidlərinin üzlüklərinin yenilənməsi işləri zamanı yaranan müvəqqəti narahatlığa görə, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC vətəndaşlardan üzr istəyir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm