Bakıda sürücü maşınını "Range Rover"ə çırpıb aradan çıxdı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda sürücü maşınını "Range Rover"ə çırpıb aradan çıxdı - FOTO

Ötən gecə Bakının Yasamal rayonu Şərifzadə prospektində yol nəqliyyat hadisəsi baş verib.



Anspress bildirir ki, prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət edən “Saipa” markalı minik avtomobili dönmə əməliyyatını yerinə yetirərkən “Range Rover” markalı digər nəqliyyat vasitəsilə toqquşub.



Qəza nəticəsində “Saipa”nın sürücüsü Elnur Hüseynov yüngül bədən xəsarəti alıb.



Digər avtomobilin sürücüsu isə avtomaşını ərazidə qoyaraq hadisə yerindən yayınıb.



Qəzanın təfərrüatlarını Yasamal polisi araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm