Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

Zakir Qaralov Qəbələdə vətəndaşları qəbul edəcək

Baş prokuror Zakir Qaralov sentyabrın 4-də saat 11:00-da Qəbələ Rayon Prokurorluğunun inzibati binasında Qəbələ, Şəki, Qax, Balakən, Oğuz və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Qəbələ şəhərinə gəlmələrin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm