DGK rusiyalı bloggerin Azərbaycana buraxılmaması xəbərinə aydınlıq gətirib
Bizi izləyin

Qırmızı.az

DGK rusiyalı bloggerin Azərbaycana buraxılmaması xəbərinə aydınlıq gətirib

Bəzi internet saytları və sosial şəbəkələrdə “Məşhur rusiyalı bloggeri Azərbaycana buraxmadılar” başlıqlı informasiyalarla bağlı açıqlama yayıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, 25 avqust tarixində Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi “BMV” markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilib. Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib.

Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib. Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayitmağa qərar verib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda vətəndaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib, o da, öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm