Bakıda zəncirvari qəza olub - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda zəncirvari qəza olub - FOTO

Gecə Bakının Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.



Nobel prospektində baş verən hadisə zamanı 3 minik avtomobili toqquşub. Sürücünün idarəetməsindən çıxan “Volkswagen” markalı minik maşını dönmə əməliyyatını düzgün yerinə yetirmədiyindən “Mercedes” markalı digər minik avtomobilinə çırpılıb.



Bundan sonra “Mercedes” də öz növbəsində “Chevrolet” markalı başqa bir avtomaşına dəyib.



Qəza zamanı xəsarət faktı qeydə alınmasa da, hər 3 nəqliyyat vasitəsinə ziyan dəyib.



Qəzanın səbəbləri ilə bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırmalara başlanılıb./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm