Nazirlik ekspert komissiyası yaratdı
Bizi izləyin

Qırmızı.az

Nazirlik ekspert komissiyası yaratdı

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində dövlət əhəmiyyətli sənədlərin qiymətləndirilməsi üzrə Mərkəzi Ekspert Komissiyası yaradılıb.

Nazirliyin məlumatına əsasən, Komissiya sənədlərin (həmçinin elektron sənədlərin) qeydiyyatı, mühafizə olunması, istifadəsi və daimi dövlət mühafizəsinə verilməsi işini təşkil etmək; arxiv sənədlərinin (arxivin elektron sənədlərinin) elmi məlumat bankını (siyahı, müqəddimə, tarixi arayış) hazırlayıb, dövlət tərəfindən saxlanılmağa aid edilən sənədləri (elektron sənədləri) təyin olunmuş müddətdə dövlət arxivinə təhvil verəcək. Həmçinin arxivə təhvil verilməli olmayan sənədləri Nazirliyin Mərkəzi Ekspert Komissiyasının qərarı və Nazirliyin rəhbərliyi tərəfindən təsdiq edilmiş akt üzrə məhv etmək hüququna malikdir.

Mərkəzi Ekspert Komissiyasının qərarları Nazirliyin rəhbərliyi, lazım gəldikdə isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Mərkəzi Ekspert Komissiyası müəyyən olunmuş tələbatlara uyğun olaraq sənədlərin saxlanılması, məhv edilməsi, tənzimlənməsi və onların Mərkəzi arxivə verilməsi məsələləri üzrə Nazirliyin Aparatının struktur bölmələrinə, onun strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göstərişlər vermək səlahiyyətlərinə malikdir.

Mərkəzi arxivin strukturu və ştat vahidi rabitə və yüksək texnologiyalar naziri tərəfindən müəyyən edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm