Vüqar Bayramovun adından yalan xəbər yayıblar
Bizi izləyin

Qırmızı.az

Vüqar Bayramovun adından yalan xəbər yayıblar

İqtisadçı ekspert Vüqar Bayramovun adından şərhlər yayılıb. Publika.az xəbər verir ki. bu barədə ekspert öz Facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, 2015-ci il avqust ayının 25-də ‘Meydan TV’-nin veb-səhifəsində rus dilində ‘Таинственная компания за короткий срок выиграла более 120 тендеров’ (‘Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib’) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ veb-səhifəsində çap olunub.

"Növbəti gün, eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə, ‘Install Service LLC’ şirkətinin fəaliyyəti ilə bağlı mənə istinadən bəzi "fikirlər" qeyd edilir.

Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə ‘the Organized Crime and Corruption Reporting Project (OCCRP)’ layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam.

Təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərmi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə ‘the Organized Crime and Corruption Report Project (OCCRP)’ əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir.

Jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu halı Etik Jurnalistika Prinsiplərinin kobud pozulması kimi qiymətləndirir. Təəssüf ki, bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm