Batumidəki "Əli və Nino" heykəli dağıdıldı - FOTO/VİDEO
Bizi izləyin

Qırmızı.az

Batumidəki "Əli və Nino" heykəli dağıdıldı - FOTO/VİDEO

Gürcüstanın Batumi şəhərində azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edən "Əli və Nino" heykəli dağıdılıb.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti, Odessanın qubernatoru Mixail Saakaşvili öz "Facebook" səhifəsində məlumat yayıb.

“Bu gün Batumidə, Rusiya oliqarxı İvanişvilinin sayəsində Əli və Ninonun hərəkət edən heykəli dağıdılıb”, - Saakaşvili qeyd edib.

Qeyd edək ki, 2010-cü ilin sonlarında ucaldılan abidə sevgiyə həsr edilib. Əvəllər heykəlin adı "Kişi və qadın" olsa da sonradan "Sevgi" ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə heykəltaraş Tamara Kvesitadzedir.

Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir (platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər.

Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri olub. Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü qızı Ninonun simvoludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm