Qırmızı.az
Sürücülərə ciddi xəbərdarlıq
Azərbaycanda sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.
Şöbə rəisi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) adından
sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni
şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin
sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ
kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar: "Yaşayış
məntələqələrindən kənarda, habelə yaşayış məntərələrində
avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli
nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu
halda belə sol zolaqlarla hərəkət etmək qadağandır. Sürücülərimiz
bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə
işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan
həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar".
Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ
olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev
qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri
gözləyir: "Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq
və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi
yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq
göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat
vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər
yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat
vasitəsini dayandırmalıdırlar. Sürücülərimiz bilməlidirlər ki,
operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati
Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq
məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat
miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda
pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir".
Məlumat üçün qeyd edək ki, "Yol hərəkəti haqqında" Qanunun 1-ci
maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat
vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım,
qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin
funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin
inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan
Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin
icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli
sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs
siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO