Tibb Universitetinin həkimlərindən ilk - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Tibb Universitetinin həkimlərindən ilk - FOTOLAR

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq böyrək transplantasiyası əməliyyatı həyata keçirilib.

ATU-dan Publika.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Övladına 2-ci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. Hazırda donorun (ana) və xəstənin (oğul) ümumi vəziyyəti qənaətbəxşdir.

Əməliyyatda ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramovun başçılığı ilə klinikanın baş həkimi dos.Asiman Həsənov, həkim-cərrah Ruslan Məmmədov, həkim-uroloq Fikrət Əhmədov, nefroloq Orxan Quliyev, anestezioloq Cavid Paşayev və digər tibb personalından ibarət heyət iştirak edib. İstanbul Bilim Universitetinin professoru Barış Akın ATU-da icra edilən bu ilk orqan köçürülməsi əməliyyatında yaxından iştirak edərək dəstək olub.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə tanış olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm