Səfirlik və konsulluqların avtomobillərinə yeni nömrələr veriləcək
Bizi izləyin

Qırmızı.az

Səfirlik və konsulluqların avtomobillərinə yeni nömrələr veriləcək

Nazirlər Kabineti “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydasının təsdiq edilməsi barədə” qərarında dəyişikliklər edib.

Publika.az xəbər verir ki, dəyişikliyə görə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının nəqliyyat vasitələri ümumi əsaslarla qeydiyyata alınacaq.

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqları, diplomatik nümayəndəlik statusuna (immunitetinə) malik beynəlxalq təşkilatlar, habelə onların diplomatik personalı və bu personalın ailə üzvləri onlara məxsus xidməti və şəxsi nəqliyyat vasitələrinin qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə qeydiyyat orqanına müraciət etməlidirlər.

Diplomatik personalın və ailə üzvlərinin xidməti və şəxsi nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnaməsi və “D” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək. İnzibati-texniki və xidməti personalına və bu personalın ailə üzvlərinə isə “T” seriyası üzrə dövlət qeydiyyat nişanının verilməsi nəzərdə tutulur.

Yeni qaydaya görə, ölkəmizdə fəaliyyət göstərən fəxri konsulluqların nəqliyyat vasitələrinə “FK” seriyası üzrə dövlət qeydiyyat nişanı veriləcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm