Məktəblilərin “İstedad bankı” yaradıldı
Bizi izləyin

Qırmızı.az

Məktəblilərin “İstedad bankı” yaradıldı

Bakı şəhərində təhsil alan məktəblilərin “İstedad bankı” yaradılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, “Təhsil müəssisələrində tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət planı”na əsasən Məktəbdənkənar fəaliyyətin təşkili sektoru tərəfindən “İstedad bankı” yaradılıb.

“İstedad bankı” bilik, bacarıq və qabiliyyətlərinin, yaradıcılıq potensialının müəyyənləşdirilməsi və inkişaf etdirilməsi məqsədilə müxtəlif mövzularda keçirilən tədbirlərdə: sərgi, müsabiqə, festival, idman və olimpiadalarda öz istedadları ilə iştirak edib fərqlənən və Bakı şəhərində təhsil alan məktəblilərin nailiyyətlərini özündə əks etdirib.

Bakı məktəblərinin istedadlı şagirdləri barədə BŞTİ-nin rəsmi saytında məlumat əldə etmək olar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm