Azərbaycanda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok xəbər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok xəbər

Azərbaycanda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok

Ağcabədi rayonunda arvadının intim görüntülərini yayan kişi ilə bağlı şok məlumatlar ortaya çıxdı.

Rayon polis şöbəsindən bildirilib ki, televiziyada başqa kişilə intim görüntüləri yayılan qadının əri, Göyçay rayon sakini Pərviz Əliyev Xocavənd sakini Elmidar Səfərovun çobanıdır.

Bir neçə gün əvvəl E.Səfərov polisə şikayət edib ki, P.Əliyev onun 36 baş xırdabuynuzlu mal-qarasını Ağcabədi mal bazarında sataraq pullarını mənimsəyib. Pullarını isə başqa bir qadına xərcləyib.


Polis tərəfindən müəyyən edilib ki, P.Əliyev ayrı-ayrı vaxtlarda 29 baş, martın 9-da saat 04 radələrində isə 7 baş malını sataraq ailəsini fermada qoyaraq qaçıb.


Hazırda təhqiqat araşdırması aparılır. Telefonla polisə heyvanları sataraq pulları mənimsədiyini etiraf etsə də, qaçıb gizlənir.


Bu arada isə Elmidarın şəriki olan Qəhrəman Camalovun həmin çobanın həyat yoldaşı ilə intim görüntüləri yayılıb. Qadın Qəhrəmanla ər-arvad kimi yaşadığını etiraf edib.

Milli.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm