Ağcabədidə 21 yaşlı qız qaçırıldı
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə 21 yaşlı qız qaçırıldı

Qaçırma hadisəsi ilə bağlı istintaq gedir

Dünən Ağcabədənin Qaradolaq kəndində 21 yaşlı qız zorla qaçırılıb.


“Qafqazinfo” xəbər verir ki, 30 yaşlı Yusif Məmmədov dəfələrlə qıza elçi göndərsə də, ailəsi buna razı olmayıb. Hazırda qaçırılan qızın harada olduğu bilinmir. Ailəsi Yusif Məmmədovdan şikayətçi olsa da, işin obyektiv araşdırılmadığını iddia edir. İşi araşdıran müstənqtiq qızın ailəsinə deyib ki, qızı tapın gedək alaq. Biz heç nə edə bilmərik. Oğlanın ailəsi isə polisə “hörmət” etdiklərini bildirərək boş yerə qızı axtarmamalarını deyib.


Məsələ ilə bağlı Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli ilə əlaqə saxlayıb. Ş. Seyidli deyib ki, qız qaçırmaq məsələsi nə vaxtdan ictimailəşdirilir?:


“Bu gün sabah valideynləri barışa bilər. Qaçırma hadisəsi ilə bağlı istintaq gedir. Bunun üçün ayrıca qrup da yaradılıb. Qız tapılıb. Saat 11:30-da onu qaçıran şəxslə birgə bölməyə gələcək. İtən bir şəxsin polis tərəfindən tapılması şərəf olar. Deyirlər ki, guya polis pul alıb hadisəni araşdırmır. Pul alıb hadisəni gizlətmək bişərəflik olar. Mən belə şeylərin əleyhinəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm