• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zığda qəzalı vəziyyətdə olan evləri hansı aqibət gözləyir? – RƏSMİ AÇIQLAMA

Zığda qəzalı vəziyyətdə olan evləri hansı aqibət gözləyir? – RƏSMİ AÇIQLAMA

Suraxanı rayonu, Zığ qəsəbəsində sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri artıq uzun müddətdir ki, təhlükəli şəraitdə və təşviş içində yaşamağa öyrəşiblər. Təxminən 55 sakinə 3 gün ərzində köçürüləcəkləri deyilsə də, hələ də köçürülmə baş tutmayıb. Son günlər havaların yağışlı olması sakinlərin təşvişini bir az da artırır.

Suraxanı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarovun Publika.az-a bildirdiyinə görə, hazırda sürüşmə baş verən ərazidə araşdırma aparılır, suxurlar öyrənilir. İcra Hakimiyyəti müvafiq tədbirlər görmək üçün Nazirlər Kabinetinin qəzalı evlərlə bağlı çıxaracağı qərarı gözləyir:

“Artıq bir neçə ildir bu məsələ gündəmdədir. Sürüşmə zonasında 100-ə yaxın evdə çat əmələ gəlib. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri və baş nazirin müavini Abid Şərifov şəxsən həmin əraziyə baş çəkib və vəziyyətlə tanış olub. Biz mütəmadi olaraq ərazidə oluruq, cüzi dəyişiklik olan kimi yazılı şəkildə rəhbərliyə məlumat veririk. Dövlət tərəfindən hansı qərar qəbul olunacaqsa, biz də onu icra edəcəyik”.

Qeyd edək ki, sakinlər ərazidən köçürülmələri üçün bu gün Nazirlər Kabinetinin qarşısına toplaşaraq baş nazirin müavini Abid Şərifovla görüşməyi tələb etsələr də, görüş baş tutmayıb.

Sakinləri Nazirlər Kabinetinin tikinti və kommunal təsərrüfatı şöbəsinin rəhbəri Şahin Salahov qəbul etsə də, köçürülmə və kompensasiya ilə bağlı heç bir məlumat verməyib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR