“Pegasus” Azərbaycana gəlir
Bizi izləyin

Qırmızı.az

“Pegasus” Azərbaycana gəlir

Türkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana reysləri həyata keçirmək üçün ölkədən icazə alıb.

Bu barədə Publika.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib: “Bu marşrut üzrə uçuşların başlama tarixi ilə bağlı qərar Türkiyə tərəfindən asılıdır. Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslərin həyata keçirilməsinə başlayacağı istisna edilmir.

Müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası sazişlərlə təsdiq edilir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq saziş 2014-cü ilin noyabrında imzalanıb və hazırda bu sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur”.

Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir.

Qeyd edək ki, bu şirkət əsasən aşağı büdcəli sərnişindaşıma üzrə ixtisaslaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm