Səhiyyə Nazirliyi dərman çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirdi - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyi dərman çatışmazlığı ilə bağlı məsələyə aydınlıq gətirdi - YENİLƏNİB

Bakının bəzi apteklərində dərmanların olmaması onlara qiymət etiketlərinin yenilənməsi ilə əlaqədardır. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Qurum rəsmisi qeyd edib ki, Tarif Şurasının qiymətləri tənzimləyən qərarından sonra artıq bəzi apteklərdə bu prosesə başlanılıb.

S.Əhmədova vətəndaşlara tövsiyə edib ki, apteklərdən lazım olan dərmanı eyni tərkibdə istəsinlər: “Apteklərdə dərmanların qiymət etiketləri hazırda tənzimlənir. Ona görə də indi vətəndaşlar apteklərdən başqa adda eyni tərkibli dərmanlar ala bilərlər. Apteklərdə dərman qıtlığı yaşana bilməz”.

Qeyd edək ki, Bakıda bir qrup şəhər sakini bəzi apteklərdə dərmanların çatışmadığını iddia edirlər. Belə ki, aptekə müraciət edəndə, satıcı onlara lazım olan dərmanın olmamasını bildirib.

XXX

Səhiyyə Nazirliyi dərman qıtlığı ilə bağlı yayılan informasiyalara rəsmən aydınlıq gətirib: "Son günlər Akineton, Fenazepam və Alflutop adlı dərmanların apteklərdə tapılmaması barədə məlumatlar yayılmaqdadır. Səhiyyə Nazirliyi bununla əlaqədar bildirir ki, bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, habelə növbəti etapda qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddəyə malik dərmanların siyahısına daxil deyildir.

Akineton adlı dərman vasitəsi Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçməmişdir və ona görə də bu dərman vasitəsini istehlakçılara almamaq tövsiyə olunur. Amma müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi kimi dövlət qeydiyyatına alınmış və Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.

Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır.

Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və osteoartrozun, osteoxandrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.

Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilmişdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm